Vaksinasiya ilə bağlı son vəziyyətbackend

Vaksinasiya ilə bağlı son vəziyyət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 39 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1, üç və daha çox doza vaksin vurduranların sayı 23, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 966 983, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 412 124, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 095, üç və daha çox doza vaksin vurduranların sayı 3 404 475, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 289 təşkil edir.