“Vallah, sərnişin gedişhaqqını 1 manat da verəcək” – Deputatdan qəribə TƏKLİFbackend

“Vallah, sərnişin gedişhaqqını 1 manat da verəcək” – Deputatdan qəribə TƏKLİF

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

““Bakı Metropoliteni” QSC-nin rəhbərliyinə dedim ki, gedişhaqlarının qalxmasını cəmiyyət birmənalı qəbul etməyəcək. Bu söhbət bir il əvvəl olub. Təklif verdim ki, total qiyməti qaldırmaqdansa, siz təyyarələrdəki kimi qatarlarda biznes, ekonom klass yaradın…”

NOCOMMENT.az pravda.az-a istinadla xəbər verir ki, bu təkliflə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev “Müsavat TV”də çıxış edib.

“Biznes klassa daxil olan sərnişin kofe də içə bilər, nə istəsə edə bilər. Xalqımız xoşlayır ki, imkanı olan konfortla getsin. Bu formada etsəniz, biri gedişhaqqını 40 qəpik, başqası 1 manat verəcək. Vallah, verəcək. Deyəcək ki, on stansiya gedirəm, rahat gedim, əzilməyim”, – deputat deyib.