Su kanalında batan yeniyetmənin meyiti tapıldıbackend

Su kanalında batan yeniyetmənin meyiti tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 20-də Ceyranbatan su kanalının Sumqayıt şəhərinin “Stansiya Sumqayıt” adlanan ərazisindən keçən hissəsində batan yeniyetmənin cəsədi tapılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, aprelin 20-də sözügedən ərazidə batan 2011-ci il təvəllüdlü Əliyev İbrahim Samir oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib./axar.az/