Vatsap yeni unikal funksiya hazırlayırbackend

Vatsap yeni unikal funksiya hazırlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“WhatsApp” mesenceri yazışmaların saxlanmasını və digər qurğuya keçirilməsini daha da rahatlaşdıran yeni funksiya hazırlayır.

NOCOMMENT unikal.org-a istinadən xəbər verir ki, yeni funksiya digər telefon nömrəsinə və fərqli əməliyyat sisteminə keçirməyə imkan verəcək. Hazırda vatsapda yazışmaları yalnız mövcud nömrəyə və eyni əməliyyat sistemində köçürmək mümkündür.

Mütəxəssislərin fikrincə, yeni funksiya messencerin növbəti yenilənmələrindən birində işə düşəcək. Funksiyanın alqoritmləri “Android” və “iOS” əməliyyat sistemləri üçün hazırlanır.