Vaxtilə Köçəryanın mənə dediyini özünə qaytarıram: Gücünüz qalıbsa, göstərin, yoxdursa Rusiyaya nökərliyi davam etdirin…backend

Vaxtilə Köçəryanın mənə dediyini özünə qaytarıram: Gücünüz qalıbsa, göstərin, yoxdursa Rusiyaya nökərliyi davam etdirin…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan torpaqları işğal altında olduğu illərdə jurnalist kimi beynəlxalq təşkilatların xətti ilə iki dəfə İrəvanda oldum, keçmiş prezident Robert Köçəryan, Serj Sarkisyan (o zaman daxili işlər və milli təhlükəsizlik naziri idi) və elə o zaman da müxalifətdə olan Vazgen Manukyandan müsahibələr aldım”.

NOCOMMENT.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu öz “Facebook” hesabında paylaşıb.

“Münaqişə ilə bağlı suallarıma təxminən belə cavab verdilər ki, Şuşanı, Laçını və Dağlıq Qarabağ ətrafındakı digər bölgələri Azərbaycana qaytara bilməzlər, çünki “qan töküblər”. Robert Köçəryan isə verdiyim çoxsaylı suallardan bezərək sonda minnət qoyaraq belə dedi: “Gücünüzü göstərsəz, bəlkə güzəştə gedə bilərik”.

Bu cavabın üstündən 22 il keçdikdən sonra gücümüzü göstərdik və torpaqlarımızı azad etdik, qarşıda başqa hədəflərimiz də var. Ağır məğlubiyyətdən sonra həmin Köçəryan, Sərkisyan və Manukyan müsahibələrdə və mitinqlərdə ağız-ağıza verib geri qayıdış haqqında nağıl danışırlar. Nəticə isə göz qabağındadır. Vaxtilə Köçəryanın mənə dediyini özünə qaytarmaq istəyirəm: “Gücünüz qalıbsa, göstərin, yoxdursa Rusiyaya nökərliyi davam etdirin!”.