Serj Sarkisyanın məhkəməsi yekunlaşıbbackend

Serj Sarkisyanın məhkəməsi yekunlaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda keçmiş prezident Serj Sarkisyan və digərlərinin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bugünkü prosesdə təqsirləndirilən şəxslər son söz deyib.

Onlar ittihamları qondarma adlandıraraq, azadlığa buraxılmalarını tələb ediblər.

Prokuror çıxışında ölkənin keçmiş prezidenti Serj Sarkisyan daxil olmaqla, müttəhimlərin azadlığa buraxılmasını istəyib. O, bu tələbini iş üzrə cinayət təqibi müddətinin başa çatması ilə əsaslandırıb.

İttiham aktına görə, Serj Sarkisyan, Barseq Beqlaryan, Samvel Qalstyan, Qevork Arutyunyan və Serqo Karapetyan cinayət əlaqəsinə girərək, 2013-cü ilin yanvar-fevral aylarında hökumətin ehtiyat fondundan ayrılan təqribən 1 milyon 266 min ABŞ dolları məbləğindəki subsidiya məbləğini mənimsəyiblər.

Qeyd edək ki, 489 milyon 160 min 310 dram, yəni 1 milyon 265 min 799 ABŞ dölları məbləğində dövlət vəsaitini mənimsəməkdə ittiham edilən Serj Sarkisyan itihamları qəbul etməyib. Onun vəkilləri isə baş verənləri siyasi sifarişin nəticəsi olaraq dəyərləndiriblər.