Vaxtından əvvəl pensiyaya çıxmaq mümkün olacaqbackend

Vaxtından əvvəl pensiyaya çıxmaq mümkün olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq praktikada pensiya yaşı tamam olmadan bu hüquqdan istifadə imkanları var. Bəzi ölkələrdə bu hətta pensiya kapitalına bağlanır. Orta pensiya kapitalından çox yığımları olanlar artıq vəsaitini öncədən almaq hüququna malik olurlar.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov qeyd edib.

“Bu zaman ekstra (artıq) yığılmış vəsait aylar üzrə hesablanmaqla vətəndaşa qaytarılır. Məsələn, ABŞ-da pensiya kapitalı çox olanlar daha tez müraciət edib pensiya alma imkanına malik olurlar. Digər metod isə pensiyada olan ayların sayının azaldılması və artırılması ilə bağlıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində bu məsələ ilə bağlı artıq müzakirələr aparılır. Bu, daha çox minimum pensiya kapitalı yığmış vətəndaşlara tətbiq edilə bilər”, – deyə millət vəkili bildirib.

V.Bayramovun sözlərinə görə, mövcud qaydalara əsasən, 144 ay orta pensiya müddəti kimi götürülür: “Yəni 12 il x 12 ay = 144 ay. Təklif qəbul olunarsa, o zaman vətəndaş 65 yox, 60 yaşda pensiyaya çıxmaq istəyirsə, 144 deyil, bu halda həmin 5 il üçün nəzərdə tutulan 144-ün üzərinə (5×12) 60 ay gələcək. Yığılmış pensiya kapitalı 204 aya bölünəcək. Bu, imkan verə bilər ki, vətəndaş 5 il tez, yəni 60 yaşında pensiyaya çıxsın. Amma bu halda yığım 144-ə yox, 204-ə bölünməklə aylıq pensiya məbləği müəyyənləşə bilər.

Büdcə müzakirələri zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu istiqamətdə müzakirələrin davam etdiriləcəyini bəyan etdi. Deməli, Azərbaycanda pensiya yaşı tamam olmadan pensiyaya çıxmaq imkanı reallaşa bilər”.