Vensdən etiraf – Zelenski ilə mübahisəsi karyerasında “ən məşhur hərəkət” olubbackend

Vensdən etiraf – Zelenski ilə mübahisəsi karyerasında “ən məşhur hərəkət” olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-nin vitse-prezidenti Cey Di Vens fevral ayında Ağ Evdə Ukrayna prezidenti Volodimir Zelenski ilə mübahisəsindən nəticə çıxardığını bildirib.

NOCOMMENT.az xəbər verir ki, Vens bu barədə “The New York Post” nəşrinə müsahibəsində deyib.

O, qeyd edib ki, ABŞ və Ukrayna arasında münasibətlər bu mübahisədən sonra daha məhsuldar olmağa başlayıb.

“Biz təmiz vərəqlə başladıq. Biz həm ukraynalılar, həm də rusiyalılarla məhsuldar əlaqələr qurmağa çalışırıq. Çünki bu münaqişəyə son qoymaq istəyirik və düşünürəm ki, prezidentin də mənim kimi bütün cəlb olunmuş tərəflərlə çox yaxşı işgüzar əlaqələri var”, – Vens əlavə edib.

Vitse-prezidenti qeyd edib ki, Zelenski ilə mübahisəsi yəqin ki, indiyə qədər törətdiyi və ya bəlkə də törədəcəkləri arasında “ən məşhur hərəkət olub”.

Onun fikrincə, fikir ayrılıqlarının və ortaq maraqların harada olduğunu aydın şəkildə müəyyən etmək üçün hər şeyi ictimaiyyətə çatdırmaq məhsuldar oldu.

Xatirə SADİQ