Vətən müharibəsi iştirakçısı özünü asdı: Nişanlı idibackend

Vətən müharibəsi iştirakçısı özünü asdı: Nişanlı idi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vətən müharibəsinin iştirakçısı intihar edib.

NOCOMMENT oxu.az-a istinadən xəbər verir ki, Qəbələ rayonu Əmirvan kənd sakini, 1998-ci il təvəllüdlü İlkin İsmayılov özünü ötən gecə yaşadığı evin həyətindəki yarım tikilidə asıb.

Məsələ ilə bağlı Qəbələ rayonu Əmirvan kənd bələdiyyəsindən verilən məlumatda şəxsin nişanlı olduğu bildirilib: “Ata-anası sağdır, iki qardaşı var, özü də nişanlı idi”.

Qeyd edək ki, hadisənin gecəyarı baş verdiyi deyilir, səbəb isə hələ ki məlum deyil.

İlkin İsmayılovun polis əməkdaşı olduğu deyilsə də, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bunun yanlış məlumat olduğunu bildirib.