Vətəndaşların 58%-i köhnə binalarda yaşayır – RƏSMİbackend

Vətəndaşların 58%-i köhnə binalarda yaşayır – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkəmizin üç ən böyük şəhərində – Bakı, Sumqayıt və Gəncədə vətəndaşların 58%-i istismar müddəti 30 ildən yuxarı olan binalarda məskunlaşıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Sosial Tədqiqatlar Mərkəzi (STM), Mediasiya Şurası və Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının birgə təşkil etdiyi “Tikinti Sektoru Subyektləri arasında vahid müqavilə formalarının tətbiqi və bu sahədə mübahiselərin mədiasiya vasitəsi ilə həlli tətbiqi” mövzusuna konfransda çıxış edən STM rəhbəri Zahid Oruc deyib.

“Lakin biz digər problemlərə diqqətimizi yönəltməliyik. Məsələn, Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi bir rəy sorğusunun nəticələrinə görə, ölkəmizin üç ən böyük şəhərində – Bakı, Sumqayıt və Gəncədə vətəndaşların 58%-i istismar müddəti 30 ildən yuxarı olan binalarda məskunlaşıb. Onların 23%-i son 30 il ərzində tikilən binalarda yaşayır. İştirakçıların 19%-i yaşadığı binanın yaşı barədə məlumatsız olduğunu bildirib ki, onların da əksəriyyəti köhnə binalarda məskunlaşanlardır. Başqa sözlə, istismar müddəti 30 ildən yuxarı olan binalarda məskunlaşanların sayının qeyd olunan göstəricidən daha yüksək olması istisna edilmir”, – STM rəhbəri qeyd edib.