31 kənd Azərbaycanın nəzarətinə keçib – Paşinyanın xəritəsibackend

31 kənd Azərbaycanın nəzarətinə keçib – Paşinyanın xəritəsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Nikol Paşinyan 31 kəndin və 170 kvadratmetr ərazinin Azərbaycanın nəzarətinə (və ya əlinə) keçdiyini açıqlayıb və belə bir xəritə də paylaşıblar”.

NOCOMMENT.az ölkə.az-a istinadən xəbər verir ki, bu fikirləri Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli öz sosial media hesabında qeyd edib.

O, bildirib: “Aydınlıq gətirmək lazımdır ki, Ermənistan bu iddialar ilə sülh prosesinə zərbə vurmağı hədəfləyir – desək, bu, ümumi yanaşmadır. Amma konkret nəyi hədəfləyir?

Bax bunu anlamaq üçün 2 detalı bölüşmək lazımdır;

1. Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri deyib ki, Fransa bizə çox modern silahlar verib (Açığı, adamın ağlına nüvə silahından başqa nəsə gəlmir)

2. Niyə 31 kənd məsələsi ortalığa atılır?

7 Qazax kəndinin və Kərkinin qaytarılması ilə bağlı Azərbaycanın artan real tələblərinə adekvat cavab vermək və bununla da sülhdən qaçıb, Fransadan aldığı silahları işə salmaq…

Bəs 31 kəndin əsl hekayəsi nədir?

Deməli, son müharibədən sonra GPS ilə müəyyənləşən yeni postlarımız elə zonalara düşür ki, orda mütləq erməni kəndi var: Cermux, Qafan aeroportu kimi nümunələr çoxdur.

Çünki faktiki sərhədin olmamasından istifadə edib, Azərbaycan torpaqlarını öz əraziləri kimi istifadə ediblər, indi torpağın sahibi gəlib və adamlar dünyaya car çəkirlər ki, 31 kəndimizi Azərbaycan nəzarət altına alıb”.