Vidadi Muradovun yazışmaları ÜZƏ ÇIXDIbackend

Vidadi Muradovun yazışmaları ÜZƏ ÇIXDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Onaylıq həbs həyatından sonra ev dustaqlığında vəfat edən “Azərxalça”nın sabiq sədri Vidadi Muradovun xaricə pul transferlərini həyata keçirdiyini təsdiqləyən yazışmaları üzə çıxıb.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, V.Muradov 2016-2020-ci illərdə mütəmadi olaraq xaricə pul transferləri etməklə bağlı danışıqlar və yazışmalar aparıb.

Həmin yazışmalardan bir hissəni təqdim edirik:

– Daimi Akkuş 1365 dollar
– Deyim hazırlasınlar?
– De.
– 1.5 deyirlər.
– Ok.
– Arxadan Gəl.
– Ok.
– 100 000 euro İstanbula vermək lazımdır, varmı?
– Pulu aldılar.
– 1.4 sabah saat ikiyə kimi veriləcək.
– Ali Akkoyun **********5.
– 8885 dollar lazımdı İstanbulda, olar?
– Olar.
– Vaxtın varsa, gəl verim.
– Pulu aldılar, sağ ol.
– Siz sağ olun.
– 250 000 İsraildə lazımdır, olar?
– Muhammed Solak, 10 000 dollar, İstanbul.
– 100 000 dollar, Barış Kaya, olar?
– Danışım deyim.
– Ok.
– Olar.
– Bir saat sonra gəl götür.
– Baş üstə.
– Gəl apar.

Oğlu Aydın Muradov atası Vidadi Muradova 20 iyun 2016-cı il tarixdə – “Bodrumda ev aldım başlarına daş düşdü, 100 qat artığını elətdirdilər sənə, ad oldu ki, Qara (Aydın Muradov) ev alıb, bu vaxta kimi danışmırdım hamısını sənin xətrinə, görürəm sənin də vecinə deyilmiş. Qara” şəklində mesaj göndərilib.

Qeyd edək ki, yazışmalarda adı çəkilən Daimi Akkuş, Muhammed Solak, Ali Akkoyun və Barış Kaya Türkiyədə xalça biznesi ilə məşğul olan iş adamlarıdır.

Ötən həftə başa çatan məhkəmə prosesində “Azərxalça”nın sabiq sədrinin 30 milyonluq əmlakının müsadirə olunmasına qərar verilib. Vidadi Muradov 21,6 milyon manat pulu mənimsəməkdə, 640 min manatlıq vergi borcunda ittiham edilib. Ötən ilin yanvar ayında həbs edildikdən sonra oktyabrın 30-da ev dustaqlığına buraxılıb və noyabrın 5-də xəstəlikdən vəfat edib.