Belarusda “VKontakte” sosial şəbəkəsinə giriş Dövlət Təhlükəsizlik Komitəsinin (KQB) təşəbbüsü ilə bloklanıb.
NOCOMMENT.az xəbər verir ki, bloklanmanın müddəti və səbəbi bəlli deyil. Bu barədə Belarus Rabitə və İnformasiya Nazirliyinin (BelGIE) Dövlət Telekommunikasiya Müfəttişliyinin saytı məlumat yayıb.
“Dövlət Təhlükəsizlik Komitəsinin sorğusu əsasında informasiya resursuna giriş məhdudlaşdırılıb. Məhdudiyyətin müddəti hazırda məlum deyil”, – deyə bildirilir.













