Vladimir Putin KTMT-dəki erməni nümayəndəsini istefaya göndərdibackend

Vladimir Putin KTMT-dəki erməni nümayəndəsini istefaya göndərdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı daimi nümayəndəsi Mikael Aqasandyan vəzifəsindən azad edilib.

NOCOMMENT.az xəbər verir ki, milliyyətcə erməni Aqasandyanın KTMT-dəki vəzifəsindən geri çağırılması ilə bağlı Rusiya prezidenti Vladimir Putin fərman imzalayıb.

Onun yerinə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə elçisi Viktor Vasilyev təyin edilib. Qeyd edək ki, Mikael Aqasandyan 2021-cildən Rusiyanın KTMT-dəki daimi nümayəndəsi vəzifəsində çalışıb.

O, həm də 2023-cü ildən Rusiya XİN-nin Birinci MDB Departamentinə rəhbərlik edir.

Rusiyanın KTMT-dakı daimi nümayəndəsi vəzifəsindən azad edilib