Vladimir Putin prezident seçkilərində səs verib – VİDEObackend

Vladimir Putin prezident seçkilərində səs verib – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vladimir Putin Rusiyada keçirilən prezident seçkilərində onlayn səs verib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti Telegram kanalında məlumat yayıb.

Kremlin paylaşdığı videoda görünür ki, Putin öz kabinetində elektron səsvermə ilə öz seçimini edib.

Bundan əvvəl səsvermənin başlanmasından yeddi saat ərzində iki milyondan çox moskvalının prezident seçkilərində səs verdiyi bildirilmişdi.

Qeyd edək ki, bu gün Rusiyada prezident seçkiləri start götürüb. Səsvermə üç gün davam edəcək: 15, 16 və 17 mart. Ölkə prezidenti postu uğrunda dörd namizəd – Vladimir Putin, Vladislav Davankov, Leonid Slutski və Nikolay Xaritanov mübarizə aparır.