Vodafone 11.000 işçini işdən çıxarırbackend

Vodafone 11.000 işçini işdən çıxarır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyada yerləşən beynəlxalq telekommunikasiya şirkəti Vodafone üç il ərzində 11 min nəfəri işdən çıxaracaq.

NOCOMMENT xəbər verir ki, Vodafone-un VOD.L-in yeni baş direktoru Margherita Della Valle üç il ərzində 11 min insanı işdən çıxaracaqlarını açıqlayıb.

Valle, təxminən 100 min nəfərin çalışdığı Vodafone-un “dəyişməyə” ehtiyacı olduğunu ifadə etdi.
Şirkət bu il sərbəst pul axınının 1,5 milyard avro azalacağını və yeni maliyyə ilində mənfəətdə çox məhdud artım olacağını proqnozlaşdırıb.