Sosial Xidmətlər Agentliyinin Gəncədə mənzil alışı ilə bağlı tenderi ləğv edildi
“Sosial Xidmətlər Agentliyi” publik hüquqi şəxsi tərəfindən Gəncə şəhərində əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri üçün mənzil alınması ilə bağlı elan edilən tender ləğv olunub.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, tenderin şərtlərinə əsasən, 16 ədəd birotaqlı, 16 ədəd ikiotaqlı və 8 ədəd üçotaqlı mənzilin satın alınması nəzərdə tutulurdu. Layihənin ehtimal olunan dəyəri isə 2 milyon 866 min 80 manat təşkil edirdi.
atınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, həmçinin müvafiq lisenziyaya malik təchizatçıların sayı üçdən az olduğundan tender qanunun 36.2-ci maddəsinə əsasən ləğv edilib.
Qeyd edək ki, tenderin məqsədi sosial həssas təbəqələrə – əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə mənzillərin alınması idi.
Xatırladaq ki, Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudovdur.













