Vüqar Məmmədov həbs edildibackend

Vüqar Məmmədov həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hurriyyet TV”də keçirilən əməliyyatla saxlanılan saytın rəhbəri Vüqar Məmmədov həbs edilib.

NOCOMMENT.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsi belə qərar çıxarıb.

Hakim Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) müstəntiqinin vəsatətini əsaslı hesab edib. V.Məmmədov barəsində 3 ay 13 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, ötən gün DTX “Hurriyyet TV”-də əməliyyat keçirib. Ofisdə axtarış zamanı iş üçün əhəmiyyətli kompüter və bəzi sənədlər götürülüb. Vüqar Məmmədovun Ramiz Mehdiyevin cinayət işi ilə bağlı tutulduğu ehtimal edilir.