Vüsal Kərimlinin son oyunu: Kartlı marşrut qəpiyə qayıtdıbackend

Vüsal Kərimlinin son oyunu: Kartlı marşrut qəpiyə qayıtdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda bir neçə ay əvvəl kart sisteminə qoşulan və Bakı Nəqliyyat Agentliyi tərəfindən təbliğatı aparılan 161 saylı marşrut xətti yenidən qəpiklə işləməyə başlayıb.

NOCOMMENT xəbər verir ki, axar.az-a bu barədə məlumat verən sərnişinlər bildiriblər ki, avtobuslardakı kart aparatlarının hamısı sökülüb və sürücülər ödənişi nağd almağa məcbur olduqlarını bildirirlər.

Qeyd edək ki, bir müddət əvvəl BNA Suraxanı-Hövsan istiqamətində sərnişindaşıma xidməti göstərən 161 saylı marşrut xəttinin kart sisteminə keçdiyini elan etmişdi.

Həmin məlumatda deyilirdi: “Bakı şəhərinin marşrut şəbəkəsində nağdsız ödəniş sisteminin əhatə dairəsinin genişləndirilməsi prosesi davam etdirilir. Nağdsız ödəniş sisteminə keçidin, sərnişindaşımada göstərilən xidmətin keyfiyyətinin artırılması baxımından əhəmiyyətini qeyd edərək bildiririk ki, “BakıKart”a inteqrasiya qeyri-leqal əmək münasibətlərinin rəsmiləşdirilməsi və şəffaflığın artırılması baxımından da vacibdir. Sərnişindaşımalarda təhlükəsizlik kimi vacib məsələlərin həlli baxımından əhəmiyyətli olan nağdsız ödəniş sistemi, həmçinin bu sektorda sahibkarlığın inkişafında struktur və keyfiyyət dəyişikliyinə də müsbət təsir göstərməkdədir.

04.08.2021-ci il tarixindən 161 nömrəli marşrut xətti (Hövsan qəsəbəsi – Suraxanı qəsəbəsi) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək”.

Sürücülər həmçinin qeyd ediblər ki, marşrut xəttini Azadxan adlı şəxs alıb və o, BNA ilə razılaşdıraraq 161 saylı xətti qəpik rejiminə qaytarıb.

BNA-nın Bakı Şəhər İH-nin balansına verildikdən sonra belə bir addım atması isə birmənalı qarşılanmır. İddiaya görə, BNA rəhbərliyi son variantlara əl atır.