WarGonzo-nun Qırmızı xaç fırıldağı – FOTObackend

WarGonzo-nun Qırmızı xaç fırıldağı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“WarGonzo” layihəsinin müəllifi, rusiyalı hərbi jurnalist Semyon Peqov Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus olan və cəsədləri toplamaq üçün nəzərdə tutulmuş maşına minib, Hadruta daxil olub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə sosial mediada bloger Həbib Müntəzir görüntülər yayıb.

Peqov rahat bir yerdə maşından düşərək video və fotolar çəkir, yayır, Hadrutun ermənilərin nəzarətində olduğunu iddia edir.

O, Azərbaycan əsgərinin Beynəlxalq konvensiya və razılaşmaya əsasən həmin maşına atəş açmayacağını bildiyi üçün belə arxayın davranır.

Lakin diqqətlə baxsaq, “Qırmızı xaç” işarəsinin foto və videolarda fotoşopla silindiyini görərik.

Fotofaktları təqdim edirik.