“WhatsApp”dan yeni funksiya – Etibar et, ancaq yoxlabackend

“WhatsApp”dan yeni funksiya – Etibar et, ancaq yoxla

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“WhatsApp”da göndərilmiş mesajların həqiqiliyini yoxlamaq üçün yeni funksiya əlavə edilib.

NOCOMMENT.az RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə messencerin rəsmi saytında məlumat verilib.

Məlumata görə, bu yenilik qrup çatları və dəfələrlə ünvanlanmış mesajlara aid ediləcək. Bildirilir ki, mesajların yanında lupa işarəsi olacaq. Həmin düymə vasitəsilə proqram “Google”da həmin mesajı axtarışa verəcək.

Beləliklə, istifadəçi həmin mövzu ilə əlaqədar xəbər və məlumatlar əldə edə biləcək.

Faktı yoxlamaq xüsusiyyəti, “WhatsApp”-ın ABŞ, İngiltərə, İspaniya, Braziliya, Meksika, İtaliya, İrlandiyada iOS və Android cihazlarında ən son versiyalarında mövcuddur.