WP: Tramp Avropa ölkələrini Ukraynaya dəstəyi artırmağa çağırıbbackend

WP: Tramp Avropa ölkələrini Ukraynaya dəstəyi artırmağa çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Amerikanın təhlükəsizlik dəstəyinin mümkün azaldılmasına işarə edərək, Avropa ölkələrini Ukraynaya yardımı artırmağa çağırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Washington Post məlumat yayıb.

Tramp Avropa dövlətlərinə Ukraynaya yardıma töhfələrini artırmaq üçün təzyiq göstərməyə başlayıb. Nəşrin yazdığına görə, Tramp bununla da Kiyevin əsas sponsoru kimi ABŞ-ın yardımını azalda biləcəyi barədə xəbərdarlıq edir. WP yazır ki, bu, onun Ukrayna münaqişəsində Avropanı daha məsuliyyətli etmək strategiyasının bir hissəsidir.

Qeyd edək ki, dekabrın 13-də Donald Trampın komandası Co Bayden administrasiyası və Ukrayna nümayəndələri ilə Ukrayna münaqişəsini müzakirə etməyə başlayıb. Kiyev danışıqların ab-havasını müsbət adlandırsa da, hələlik nizamlanma ilə bağlı konkret təkliflər almayıb.