Amerika silah istehsalçısı “Lockheed Martin” şirkəti və NASA səsdən sürətli, lakin səssiz X-59 təyyarəsinin ilkin sınaqlarına başlandığını elan edib.
NOCOMMENT.az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.
Məlumata görə, bu model üzrə yalnız bir təyyarə hazırlanıb və onun sınaqları daha sürətli kommersiya avia daşıyıcılarına yol açır.
“Bu iş Amerikanın aviasiya sahəsində lider mövqeyini gücləndirir və ictimaiyyətin aviadaşıyıcılarına yanaşmasını dəyişdirə bilər”, – ABŞ nəqliyyat naziri bildirib.
Layihənin “çertyoj lövhəsindən uçanadək” gerçəkləşdirilməsi NASA-ya 500 milyon dollardan çox başa gəlib.
Xatirə SADİQ













