Xaçatryan: Ermənistan Azərbaycana yalvarır ki…backend

Xaçatryan: Ermənistan Azərbaycana yalvarır ki…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanın 10 noyabr kapitulyasiyası Azərbaycanın qələbəsidir”.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Artur Xaçatryan deyib.

“Ermənistan 10 noyabr kapitulyasiyasını imzalamağa məcbur oldu. Yanlış xarici və daxili siyasət, reallıqdan qopan hesablamalar, müharibə zamanı səriştəsiz dövlət və hərbi idarəçilik məğlubiyyət gətirdi. 10 noyabr kapitulyasiyası Azərbaycanın qələbəsidir. Rusiya bölgədə hərbi mövcudluğunu artırmaq imkanı əldə etdi. Ermənistanın isə heç nəyi yoxdur, yalnız itkiləri var”, – deyə deputat bildirib.

Xaçatryan çətin durum qarşısında qalan Ermənistanın Azərbaycana yalvardığını söyləyib: “Bu gün məhz Ermənistan yalvarır ki, 10 noyabr kapitulyasiyasının şərtləri qorunub saxlanılsın”.