Xaçatryan: Qarabağ bizimdir ki, onu Azərbaycana da verək?backend

Xaçatryan: Qarabağ bizimdir ki, onu Azərbaycana da verək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rus variantı sülhməramlıların qalmasına və Qarabağın statusunun gələcəkdə müəyyən edilməsi yanaşmasına əsaslanır. Amma prezident Putinin də mövqeyini əks etdirən bu yanaşmanın müəllifləri Qarabağın Azərbaycana məxsus olduğunu deyirlər”.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Vigen Xaçatryan deyib.

“Qərb də deyir ki, Qarabağ Azərbaycandır, amma “status”u indidən dəqiqləşdirək, gələcəyə buraxmayaq. Bu fərqdir. Yəni hamı deyir ki, Qarabağ Azərbaycanındır. Ermənistan hökuməti də hər kəsin Qarabağın Azərbaycana məxsus olduğunu qəbul etdiyini anlayıb və bu barədə mübahisə etmir”, – deyə deputat vurğulayıb.

Xaçatryan bildirib ki, dünya birliyi Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul etdiyi üçün oradakı qondarma rejim də beynəlxalq səviyyədə separatçı kimi tanına bilər.

“Separatçıları isə cəzalandırırlar, onlarla danışıq aparmırlar. Biz bunu başa düşməliyik”, – deyə siyasətçi bildirib.

Onun sözlərinə görə, Ermənistan rəhbərliyi Qarabağa statusun verilməyəcəyini anladığı üçün indi yalnız orada yaşayan ermənilərin gələcək təhlükəsizliyi məsələsini müzakirə edir.

Xaçatryan qeyd edib ki, Rusiya sülhməramlılarının Qarabağda olması zəmanət deyil, çünki Ermənistanın sülhməramlıların uzun müddət qalmalı olduğu təklifi Moskva tərəfindən dəstəklənməyib.

“Deyirlər ki, Qarabağı Azərbaycana verirlər, bizim olmayan bir şeyi biz ona necə veririk?”, – deyə deputat bildirib.

Xaçatryan Ermənistanın Qarabağı Azərbaycandan qoparmağa gücünün və səlahiyyətinin olmadığını söyləyib.