Xaçatryan yenidən hakim QARŞISINDAbackend

Xaçatryan yenidən hakim QARŞISINDA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanlılara qarşı soyqırımı törətməkdə təqsirli bilinən Vaqif Xaçatryanın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb.

NOCOMMENT.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən ilk iclasda şikayətin dəlilləri araşdırılıb.

Növbəti iclas yanvarın 7-nə təyin edilib.

Qeyd edək ki, Xaçatryan Vaqif Çerkezoviç 1992-ci ilin dekabrında erməni milliyyətindən olan digər şəxslərlə birgə Xocalı rayonunun Meşəli kəndində yaşamış dinc azərbaycanlıların soyqırımında və digər ağır cinayətlərdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 116.0.1, 116.0. 6., 116.0.11 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə ittiham irəli sürülüb.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə V.Xaçatryan 15 il azadlıqdan məhrum edilib.