Xaçmazda 3 gənc xanım itkin düşdü – FOTObackend

Xaçmazda 3 gənc xanım itkin düşdü – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xaçmaz rayonunda 3 nəfər gənc qadın itkin düşüb.

Daxili İşlər Nazirliyinin Mətbuat  Xidmətinin Quba  regional qrupundan NOCOMMENT.az-a verilən məlumata görə, rayon sakini 1994-cü il təvəllüdlü Rüfanə Çələbiyeva da noyabr  ayının 27-də  yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. R.Çələbiyevanın  boyu 156 santimetr, arıq bədən quruluşludur. Evdən gedərkən onun əynində qara köynək, qara şalvar olub.

Bundan başqa rayon sakini, 2004-cü il təvəllüdlü Hürpəri Seyidova noyabr  ayının 27-də  yaşadığı evi tərk edərək bir daha geri qayıtmayıb. H.Seyidovanın boyu 165 santimetr, arıq bədən quruluşludur. Evdən çıxarkən onun əynində qəhvəyi rəngdə don və ayağında qara rəngdə çəkmə olub.

Həmçinin, Xaçmaz rayon sakini, 2004-cü il təvəllüdlü Kamilə Kərimova  dekabr  ayının 5-də  yaşadığı evdən gedib və bir daha geri qayıtmayıb. K.Kərimovanın boyu 149  santimetrdir, arıq bədən quruluşludur. Evdən çıxarkən onun əynində qırmızı rəngli gödəkçə, göy cins şalvar və qəhvəyi rəngdə idman ayaqqabısı olub.

Şəkildə gördüyünüz şəxsləri tanıyanlardan, görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin (055) 722-27-99 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.