Xalq şairinin FETÖ-yə məktubu ÜZƏ ÇIXDI – FAKTbackend

Xalq şairinin FETÖ-yə məktubu ÜZƏ ÇIXDI – FAKT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Bəxtiyar Vahabzadənin 2005-ci ildə Fəthullahçı terror təşkilatının (FETÖ) lideri Fətullah Gülənə ünvanladığı məktubun mətni üzə çıxıb.

NOCOMMENT.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, sənəddə Vahabzadənin o dövrdə Azərbaycanda və bir sıra ölkələrdə fəaliyyət göstərən türk liseylərinə yüksək qiymət verdiyi görünür.

Məktub “Can, qan, din qardaşım, əziz və möhtərəm Fətullah Gülən əfəndi!” müraciəti ilə başlayır. Şair Gülənin təşəbbüsü ilə açılan məktəblərin “böyük hörmət və nüfuz qazandığını” qeyd edib, bu müəssisələrin fəaliyyətinə görə minnətdarlığını ifadə edib.

Vahabzadə məktubda gələcəkdə türk dilinin dünya miqyasında önəmli yer tutacağına inamını dilə gətirir və bu istiqamətdə Gülən məktəblərinin rolunu vurğulayır.

O, həmçinin tədris prosesində əxlaq və tərbiyəyə xüsusi diqqət ayrılmasını önəmli hesab etdiyini bildirib, bunu gənclərin düzgün formalaşması üçün vacib amil kimi qiymətləndirib.

Şair məktubun sonunda “bir türk olaraq” göstərilən xidmətlərə görə təşəkkür edib.