İranın siyasi elitasında İsrailin mümkün hücum qorxusu və Ali lider Müctəba Xameneinin səhhəti ilə bağlı gərginlik pik həddə çatıb. Dünyanın nüfuzlu nəşrlərindən olan “The New York Times”ın yaydığı sensasion məlumata görə, təhlükəsizlik riskləri səbəbindən yüksək vəzifəli rəsmilər Ali liderlə birbaşa təmasdan tamamilə imtina ediblər. Hazırda ölkənin bir nömrəli şəxsi ilə bütün əlaqələr müasir texnologiyalardan kənar, yalnız xüsusi kuryerlərin daşıdığı əlyazma qeydlər vasitəsilə həyata keçirilir.
NOCOMMENT.az xəbər verir ki, Xameneinin bir neçə ağır əməliyyat keçirdiyi və üz nahiyəsində ciddi yanıq xəsarətləri olduğu iddia edilir. Ən diqqətçəkən məqam isə odur ki, ixtisasca kardiocərrah olan İran prezidenti Məsud Pezeşkian və səhiyyə naziri Ali liderin müalicə prosesində şəxsən iştirak edirlər. Hələlik rəsmi Tehran tərəfindən təsdiqlənməyən bu iddialar, İran rəhbərliyinin həm daxili səhhət problemləri, həm də kənar sui-qəsd qorxusu ilə mühasirəyə alındığını göstərir.
Sara,
NOCOMMENT.az








