Sosial şəbəkələrdə bir kişinin qadına şiddət göstərməsi ilə bağlı görüntülər yayılıb.
NOCOMMENT.az xəbər verir ki, həmin görüntülərlə bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov oktyabrın 28-də gecə saatlarında bir qadına yaşadığı ünvanda həyat yoldaşı tərəfindən fiziki zor tətbiq edilməsi ilə bağlı polisə məlumat daxil olduğunu bildirib.
“Əməli törətməkdə şübhəli bilinən T.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub”,- o əlavə edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
















