Xankəndidə atəş açan şəxslərin kimliyi məlum olubbackend

Xankəndidə atəş açan şəxslərin kimliyi məlum olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Xankəndi şəhərində eşidilən atışma səslərinin haradan qaynaqlandığı məlum olub.

NOCOMMENT xəbər verir ki, bununla bağlı qondarma Dağlıq Qarabağ Respublikası prezidentinin mətbuat katibi Vaqram Poqosyan açıqlama verib.

Onun sözlərinə görə, ötən gün Xankəndi sakini olan bir neçə sərxoş havaya atəş açıb. V.Poqosyan onların saxlanıldığını açıqlayıb.

Qeyd edək ki, dünən Ermənistan mətbuatında Şuşadakı Azərbaycan hərbçilərinin guya Xankəndi istiqamətində atəş açdığı barədə dezinformasiya yayılmışdı.