Xankəndidə nə baş verir? – Erməni oyunubackend

Xankəndidə nə baş verir? – Erməni oyunu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xankəndidə ermənilərin xislətlərinə uyğun olaraq yenidən hay-şüvən başlayıb.

NOCOMMENT.az xəbər verir ki, əvvəlcə əslən qarabağlı olmayan, ancaq özünü Qarabağ ermənilərinə sıramağa cəhd edən Ruben Vardanyan bir qrup xarici vətəndaşın uzun müddət sonra öz ölkələrinə yola salındığını bildirib.

Bundan sonra onun “müşaviri” Mesrop Arakelyan bildirib ki, qaz təchizatı dayandırılıb. Qazın nə səbəbdən dayandırıldığını, burada kimin günahı olması kimi incə məqamlara toxunmayıb.

Çörək sexi işlədən Alvard Gabrielyan isə deyib ki, əvvəl gündəlik 800-ə yaxın çörək bişirirmiş, hazırda isə 350-yə yaxın çörək istehsal edir. Onun iddiasına görə, qaz və işığın tez-tez kəsilməsi Əsgəran şəhərində fəaliyyət göstərən sexdə ciddi çətinliklər yaradır.

Qəribədir ki, ən böyük çörək sexlərindən birinə rəhbərlik edən Qabrielyan gündəlik 800-ə qədər çörək bişirirmiş. Onların iddialarına görə, hazırda ərazidə on minlərlə erməni yaşayır. Belə olan halda azı on min çörək istehsal olunmalıdır.

Qeyd edək ki, separatçıların saxta qurumu özü elektrik enerjisinə qənaət etmək qərarına gəlib və elektriki bilərəkdən kəsirlər. Məsələn, bu gün saat 10:00-dan 12:00-a qədər işıqlar söndürülüb. Axşam 18:00-dan 20:00-a qədər söndürülməsi də qərara alınıb.

Qazın olmamasına səbəb də yerli separatçılardır. Bundan əvvəl də Azərbaycanı ittiham etməyə cəhd göstərmişdilər, amma sonradan məlum olmuşdu ki, səbəb onların özləridir.

Eyni zamanda Arutyunyan-Vardanyan qarşıdurması hələ Xankəndidə yaşayan ermənilərin başına çox müsibətlər gətirəcək. Belə görünür ki, Araikin komandası hərəkətə keçib, mümkün qədər uğursuzluq olmasında maraqlıdır. Çünki sonda bütün bunlara görə, “günah keçisi” lazım gələcək. Həmin şəxs isə Vardanyan olacaq./Teleqraf