Xankəndidən çıxdı, Azərbaycana casusluq ittihamı ilə həbs edildi – O kimdir?backend

Xankəndidən çıxdı, Azərbaycana casusluq ittihamı ilə həbs edildi – O kimdir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 29-da Qarabağdan Ermənistana gedən Sarkis Qalstyan casusluqda ittiham olunur və onun barəsində həbs-qətimkan tədbiri seçilib.

NOCOMMENT.az ölkə.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan məlumat verib .

“Hazırda ibtidai istintaqın maraqlarına əsaslanaraq, digər məlumatlar açıqlana bilməz”, – Abramyan əlavə edib.

Qeyd edək ki, Sarkis Qalstyanla birlikdə onun həyat yoldaşı Marqarita Şaxnazaryan da Ermənistana gedib

O, 19-20 sentyabr 2023-cü ildə Qarabağda həyata keçirilən antiterror əməliyyatından sonra Xankəndidən köçməyib qalanlardandır. Hətta o zaman erməni mediası Qalstyanın Azərbaycan tərəfindən Xankəndiyə komendant təyin edilməsi barədə məlumatlar da yayıldı.