“Xəbərdarlıq etmədən evimizin sayğacı dəyişdirilib, 6 il sonra borc yazılıb, qazımız kəsilib” – VİDEObackend

“Xəbərdarlıq etmədən evimizin sayğacı dəyişdirilib, 6 il sonra borc yazılıb, qazımız kəsilib” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abonentin qazını kəsiblər. Səbəb olaraq isə bildiriblər ki, 6 il əvvəl sayğaca müdaxilə edilib.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, hadisə Abşeron rayonu, Müşviqabad qəsəbəsi, 5d, mənzil 33-də yaşayan sakin Elvin Heydərovun başına gəlib.

Dediyinə görə, ona bildiriblər ki, 380 manat borcu var. Halbuki illər ərzində bununla bağlı heç bir xəbərdarlıq edilməyib.

Şikayətçinin sözlərinə görə, 2019-cu ildə sayğac elə idarənin əməkdaşları tərəfindən dəyişdirilib. Yəni heç bir müdaxilə olmayıb.

Məsələ ilə “Azəriqaz” İB-dən “Xəzər Xəbər”ə bildirildi ki, fakt araşdırılıb və məlum olub ki, 2019-cu ildə sayğaca edilən müdaxilə səbəbindən abonentə dəymiş ziyan təqdim olunub. Abonent dəymiş ziyanı mərhələli şəkildə ödəməlidir. Burada qurumun hər hansı qanunsuz addımından söhbət gedə bilməz.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.