Xəbərdarlıq tətilləri bəzi reyslərin gecikməsinə səbəb olurbackend

Xəbərdarlıq tətilləri bəzi reyslərin gecikməsinə səbəb olur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın Münhen və Hamburq hava limanlarında çalışan personalın xəbərdarlıq tətilləri səbəbindən uçuşlarda gecikmələr və fasilələr yaranıb.

NOCOMMENT.az xəbər verir ki, Münhen Hava Limanından verilən açıqlamada, təhlükəsizlik və quru personalının xəbərdarlıq tətilinin bu gün səhər yerli vaxtla 08:00-da başladığı və günorta saat 14:00-da bitməsinin gözlənildiyi bildirilib.

Bildirilib ki, reysi olan sərnişinlər hava limanına mümkün qədər tez gəlməli və uzun müddət gözləməyi nəzərə almalıdırlar.

Hamburq hava limanında dünən axşamdan başlayan xəbərdarlıq tətilinin 24 saat davam edəcəyi gözlənilir.

Qeyd edək ki, həmkarlar ittifaqının çağırışı ilə tətilə çıxan işçilər maaşlarının 10,5 faiz artırılmasını tələb edirlər.

NOCOMMENT.AZ