Xəstələrin şəfa axtardığı ağır “travmalı” Travmatologiya və Ortopediya İnstitutubackend

Xəstələrin şəfa axtardığı ağır “travmalı” Travmatologiya və Ortopediya İnstitutu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paytaxtımızın ən mühüm tibb müəssisələrindən biri olan Travmatologiya və Ortopediya İnstitutunun acınacaqlı vəziyyəti sosial şəbəkələrdə müzakirə mövzusu olub.

NOCOMMENT.az Oxu.Az-a istinadən xəbər verir ki, xəstələrin şəfa tapmaq ümidi ilə üz tutduğu bu sağlamlıq ocağının özünün ciddi “şəfa”ya, təmirə və yenilənməyə ehtiyacı var.

Sosial şəbəkələrdə yayılan görüntülərdə qapı-pəncərələrin yararsız vəziyyətdə olduğu, döşəmənin qopub-töküldüyü aydın görünür. Xəstələr isə bu ağır şəraitdə müalicə almaq məcburiyyətindədirlər.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna sorğu ünvanladıq. İnstitutun İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Pərvin Hüseynəliyeva Oxu.Az-a açıqlamasında faktı təsdiqlədi.

“Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun təmirə ehtiyacı olması barədə nazirlik məlumatlıdır. Binanın daxilində əsaslı təmir işlərinin həyata keçirilməsi məqsədilə layihə-smeta sənədlərinin hazırlanması üçün artıq açıq tender elan edilib. Layihə-smeta sənədləri hazırlandıqdan dərhal sonra binanın ümumi əsaslı təmiri işləri həyata keçiriləcək”, – deyə P.Hüseynəliyeva vurğulayıb.