Xəstəxana əməkdaşları ailə üzvləri ilə birlikdə koronavirusa yoluxdu – DİQQƏT – VİDEObackend

Xəstəxana əməkdaşları ailə üzvləri ilə birlikdə koronavirusa yoluxduDİQQƏT – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəstəxananın 6 əməkdaşı ailə üzvləri ilə birlikdə koronavirusa yoluxdu, xəstəxananın inzibati binası bağlandı.

NOCOMMENT.az-ın bölgə müxbiri xəbər verir ki, Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının 6 əməkdaşı koronavirusa yoluxub.

Virusa yoluxanlar tibb müəssisəsində təşkilati işlərdə çalışan şəxslərdir. Həmin şəxslər dərhal karantinə götürülüb. Mənbə həmçinin bildirir ki, onların ailə üzvlərindən alınan analizlərin nəticələri də pozitiv çıxıb.

Bu səbəbdən səhiyyə ocağının inzibati binası müvəqqəti olaraq bağlanılıb və izolyasiya tədbirləri gücləndirilib.

NOCOMMENT.az xəbər verir ki, hazırda xəstəxananın təcili yardım, travmotologiya, reanimasiya və poliklinika şöbələri fəalliyyət göstərir.

Cəlal Fərzəliyev
Bölgə müxbiri