Rəmişin SON DURUMU – Xəstəxanadan AÇIQLAMAbackend

Rəmişin SON DURUMU – Xəstəxanadan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Sağlamlıq Mərkəzi hazırda bu tibb müəssisəsində müalicə alan xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseynovun (Rəmişin) vəziyyəti ilə bağlı məlumat yayıb.

NOCOMMENT.az xəbər verir ki, mərkəzdən “Report”a verilən məlumata görə xalq artisinin huşunda aydınlaşma müşahidə olunub:

“Azərbaycanın xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseynovun (Rəmişin) səhhətində xroniki xəstəliklərin kəskinləşməsi nəticəsində ciddi problemler yaranıb. O, yanvar ayının 28-də Heydər Əliyev Fondunun xətti ilə Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilmişdir. Rafiq Hüseynov mərkəzimizə çox ağır halda, huşu qapalı, komatoz vəziyyətdə daxil olmuşdur.

Son dövr qaraciyər yetməzliyi və bir sıra yanaşı xəstəlikləri səbəbindən xəstə reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilmişdir. Intensiv müalicə nəticəsində vəziyyəti nisbətən stabilləşmiş, huşunda aydınlaşma müşahidə olunmuşdur. Hal hazırda müalicəsi davam etdirilməsinə baxmayaraq vəziyyəti hələ də orta ağır olaraq qiymətləndirilir”, – xəstəxanadan bildirilib.