Xəstəxanalarda yeni qayda: Gündəlik 11 manat ödəməlisən… (ŞƏRH)backend

Xəstəxanalarda yeni qayda: Gündəlik 11 manat ödəməlisən… ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əslində bu qaydanın tətbiq edilməsi anlaşılandır. Xəstə yanında qalan insanları xəstəxana qida, yataqla təmin edir. Buna görə də xəstəxananın müəyyən xərcləri çıxır”.

Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla xəstəxanalarda xəstənin yanında qalan şəxsin gündəlik olaraq 11 manat ödəniş etməsi ilə bağlı qaydadan danışarkən deyib.

Professor hesab edib ki, xəstəxanalarda 12 yaşa qədər olan uşaqların yanında qalmaq pulsuzdur:

”12 yaşdan yuxarı xəstələrin yanında kimsə qalacaqsa, o zaman ödəniş etməlidir. Özəl xəstəxanaların əksəriyyətində xəstə yanında qalmağa icazə vermirlər. Əgər kimsə də qalsa, bu ödənişli olur”.

Adil Qeybulla bunun normal praktika olduğunu vurğulayıb:

“Belə qayda əslində xəstəxana xərclərinin kompensasiyası üçündür”.

Qeyd edək ki, yeni qaydalara görə, xəstəxanalarda passientin yanında qalan şəxs gündəlik olaraq 11 manat ödəniş edilməlidir.