Xəstəxanaya hücum edən Vətən müharibəsi iştirakçısı SAXLANILDIbackend

Xəstəxanaya hücum edən Vətən müharibəsi iştirakçısı SAXLANILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncədə təcili tibbi yardım işçilərinə qarşı xuliqanlıq edən şəxs saxlanılıb.

Bu barədə NOCOMMENT-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

Onun sözlərinə görə, şəhər sakini, Orxan Mustafayev gecə saatlarında nənəsinə tibbi yardım üçün çağrışa gəlmiş Gəncə şəhər Təcili Tibbi Yardım Stansiyasının (TTYS) əməkdaşı ilə heç bir əsas olmadan mübahisə edib.

“Orxan Mustafayev onun sifət nahiyəsinə yumruqla zərbələr vuraraq müxtəlif xəsarətlər yetirdikdən sonra TTYS-nin inzibati binasına gələrək, nalayiq ifadələr işlətməklə səs-küy salıb, şəxslər üzərində zor tətbiq etmək hədəsi ilə üzərində gəzdirdiyi bıçaqla stansiyada qeydiyyatçı işləyən xanımı itələyib.

Eyni zamanda, əlində olan bıçaqla onu öldürməklə hədələyib, bıçaqdan silah qismində istifadə etməklə qərəzli xuliqanlıq hərəkətləri edib. Orxan Mustafayev saxlanılıb. Onun barəsində Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 221.3 (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb araşdırmalar davam etdirilir”, – deyə DİN rəsmisi bildirib.