Xətai rayonunda zibilliyə açılan “mənzərə” – VİDEObackend

Xətai rayonunda zibilliyə açılan “mənzərə” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zibilliyə açılan mənzərə… Saysız-hesabsız tullantı butulka….

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, xoşagəlməz görüntülər paytaxtın Xətai rayonu, Gəncə prospekti 749 ünvanındandır. Sakinlərin sözlərinə görə, ərazidə yerləşən müəssisə tullantıların çeşidlənməsi ilə məşğul olur və gecə saatlarındada orada iş gedir.

Sakinlər antisanitar vəziyyətlə bağlı aidiyyəti qurumlara da müraciət ediblər. Amma nəticəsi olmayıb. Həşəratlarla mübarizə üçün isə müxtəlif üsullara əl atırlar.

Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən “Xəzər Xəbər”ə bildirildi ki, əraziyə əməkdaşlar cəlb olunacaq, araşdırma aparılaraq müvafiq tədbirlər görüləcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə qeyd edildi ki, məsələ ilə bağlı araşdırma aparılır. Görülən tədbirlər haqqında ətraflı məlumat veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.