Xiaomi 14 Pro-nun xüsusiyyətləri AÇIQLANDIbackend

Xiaomi 14 Pro-nun xüsusiyyətləri AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xiaomi 14 Pro qabaqcıl Qualcomm prosessoru alacaq. 

NOCOMMENT.az xəbər verir ki, bu barədə “GizmoChina” məlumat yayıb .

Məlumata görə, gələcək Xiaomi flaqmanının yüksək səviyyəli Qualcomm Snapdragon 8 Gen 3 prosessoruna sahib olacağını bildiriblər. 14 Pro modeli həmçinin 1 düymlük Sony IMX989 sensoru alacaq kamera ilə buraxılacaq.

Açıqlanan məlumatlardan belə nəticə çıxır ki, smartfon Dolby Vision Atmos, Hi-Res və Hi-Res Wireless Audio üçün dəstək alacaq. Cihazda Leica Summilux linzaları olacaq. Xiaomi 14 seriyasının bütün qadcetləri MIUI-ni əvəz edəcək Android əsasında HyperOS əməliyyat sistemi ilə buraxılacaq. Cihazın digər xüsusiyyətləri açıqlanmır.

Qeyd edək ki, Xiaomi cihazları oktyabrın 26-da təqdim ediləcək.