Xilasedicilər dağıntılar altından qızı sağ çıxardılar – Türkiyədəbackend

Xilasedicilər dağıntılar altından qızı sağ çıxardılar – Türkiyədə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Gebze şəhərində dağılmış 7 mərtəbəli binanın dağıntıları altından gənc qız sağ çıxarılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə daxili işlər nazirinin müavini Mehmet Aktau bildirib.

“18 yaşlı Dilyarə Bilir dağıntılar altından xilas edilib. Ümid edirik ki, onun valideynlərini də xilas edə biləcəyik”, – Aktaş jurnalistlərə açıqlamasında deyib.

Bundan öncə isə 14 yaşlı Nisə və 12 yaşlı Məhəmməd Bilirin cəsədləri dağıntılar altından çıxarılıb. Onlar bina dağılarkən ayrı-ayrı otaqlarda olublar.

Hadisənin səbəbi hələ müəyyən edilməyib, lakin KİV-lər bundan bir neçə gün əvvəl binada çatların olduğundan bəhs edib.

Xilasedicilər axtarış-xilasetmə əməliyyatını davam etdirirlər.

İstanbuldan 60 km aralıda yerləşən Gebzedə 6 mərtəbəli yaşayış binasının çökməsi nəticəsində 5 nəfər qalıb.

Bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial şəbəkədə məlumat verib: “29 oktyabr 2025-ci il tarixində saat 07:30 radələrində Kocaeli vilayətinin Gebze şəhərinin Mövlana rayonunda yerləşən binanın uçması barədə məlumat daxil olub. 5 vətəndaşımızın dağıntılar altında qaldığı ehtimal edilir”.

Onun sözlərinə görə, təcili yardım briqadaları hadisə yerinə dərhal gəlib. Axtarış-xilasetmə işlərində 147 nəfər, o cümlədən AFAD-ın 80 əməkdaşı iştirak edir.

Yerli KİV-in məlumatına görə, yaşayış binasının yaxınlığında metro xəttinin tikintisi üzrə işlər aparılır.

Xatirə SADİQ