XİN: Azərbaycan Qarabağın erməni sakinlərinin hüquqlarını digər vətəndaşlar ilə bərabər müdafiə etməyə sadiqdirbackend

XİN: Azərbaycan Qarabağın erməni sakinlərinin hüquqlarını digər vətəndaşlar ilə bərabər müdafiə etməyə sadiqdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məhkəmə tərəfindən qeyd olunan tədbirlər Azərbaycan hökumətinin Qarabağın erməni sakinləri ilə bağlı artıq bəyan olunmuş siyasətini qəbul edir.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Ədalət Məhkəməsinin qərarı ilə bağlı XİN-in məlumatında bildirilib.

“Bu, milli və ya etnik mənşəyindən asılı olmayaraq bütün sakinlərin təhlükəsizliyini və mühafizəsini təmin etmək barədə öhdəliyimizi əhatə edir. Azərbaycan heç vaxt erməni sakinlərini Qarabağdan çıxarmayıb və regionu tərk etməmək barədə Azərbaycanın çağırışlarına baxmayaraq, Ermənistana və digər ölkələrə köçmək onların qərarı olub. Azərbaycan öz Konstitusiyasına və müvafiq beynəlxalq öhdəliklərinə uyğun olaraq, Qarabağın erməni sakinlərinin insan hüquqlarını Azərbaycanın digər vətəndaşları ilə bərabər əsasda müdafiə etməyə sadiqdir”, – məlumatda vurğuanıb.

#
APA