XİN başçısı Aİ texniki qrupu ilə görüşüb: Ermənistan əməkdaşlığı davam etdirməyə hazırdırbackend

XİN başçısı Aİ texniki qrupu ilə görüşüb: Ermənistan əməkdaşlığı davam etdirməyə hazırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Aİ-nin monitorinq missiyası ilə əməkdaşlığı davam etdirməyə hazırdır.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda Marçin Vidranın rəhbərlik etdiyi Aİ-nin texniki qiymətləndirmə qrupunun nümayəndələri ilə görüşündə deyib.

Ermənistan XİN-in mətbuat xidmətinin məlumatına görə, qrup Aİ müşahidəçilərinin yeni mülki missiyasının yerləşdirilməsi imkanlarını nəzərdən keçirmək üçün Ermənistandadır.

Görüşdə Aİ-nin Ermənistandakı nümayəndəliyinin rəhbəri Andrea Viktorinin də iştirak etdiyi qeyd edilib.

Tərəflər dekabrın 19-da fəaliyyətini başa çatdıran Aİ-nin Ermənistandakı müşahidə missiyasının işini müzakirə ediblər.

Mirzoyan regionda sabitliyin yaradılması və Ermənistana qarşı yeni təcavüz aktlarının qarşısının alınması prosesində müşahidəçilər missiyasının rolunu yüksək qiymətləndirib.

Tərəflər qarşılıqlı maraq doğuran bir sıra məsələlərə də baxıblar.