AQTA-nın araşdırdığı hadisə: Cəlilabadda heyvanlar niyə ölür? - FOTO

AQTA-nın araşdırdığı hadisə: Cəlilabadda heyvanlar niyə ölür? - FOTO

Cəlilabadda vaksin vurulan xırda buynuzlu heyvanlar tələf olur.

NOCOMMENT.az-ın Cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayon sakini Daşqın Hüseynovun təsərrüfatında qeydə alınıb. Təsərrüfat sahibi deyir ki o, aprel ayında xırdabuynuzlu heyvanlarına dabaq xəstəliyinə qarşı vaksin vurulması üçün rayon baytarlıq xidmətinə müraciət edib. Bundan sonra baytar həkimlər tərəfindən təsərrüfatdakı bütün heyvanlar vaksinasiya olunub. Bir müddət sonra heyvanların vaksin vurulan nahiyələrində iltihablaşma müşahidə edilməyə başlanıb. Nəticədə təsərrüfatdakı 4 baş xırda buynuzlu heyvan tələf olub. Daşqın Hüseynov məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciət edib. Agentliyin əməkdaşları təsərrüfatda baxış keçirərək laborator müayinələr üçün nümunələr götürüblər.

Təsərrüfat sahibinin iddiasına görə, aparılan araşdırmalar zamanı heyvanlara vurulan vaksin vasitəsilə infeksiyanın keçdiyi müəyyən olunub. Hazırda təsərrüfatdakı daha 10 baş heyvanda da iltihabi proses davam edir və onların tələf olmaq təhlükəsi ilə üzləşdiyi bildirilir.

Hazırda baş verən hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına da məlumatlandırılıb.