ABŞ administrasiyasının rəsmiləri İranla sazişin 14 iyunda imzalanacağına əmindirlər.
NOCOMMENT.az xəbər verir ki, ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts bu barədə "ABC News" telekanalına müsahibəsində bildirib.
"Mən əminəm, komanda əmindir. ABŞ Prezidenti Donald Trampı və ya vitse-prezident Cey Di Vensi qabaqlamaq istəmirəm, amma onlar bunu bu gün etmək niyyətindədirlər", - o, sazişin imzalanma perspektivi ilə bağlı suala cavab olaraq bildirib.
Uolts həmçinin vurğulayıb ki, Vaşinqton Tehrana heç bir ilkin vəsait vermək niyyətində deyil.
Onun sözlərinə görə, İranın dondurulmuş aktivlərinin açılması və sanksiyaların yumşaldılması məsələlərində ABŞ "faktiki ödəniş" prinsipinə riayət edəcək və müvafiq addımları razılaşmaların yerinə yetirilməsi ilə əlaqələndirəcək. /Report/











