Xorvatiya Ukraynaya robotlaşdırılmış minatəmizləmə sistemi bağışlayıbbackend

Xorvatiya Ukraynaya robotlaşdırılmış minatəmizləmə sistemi bağışlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Praqada keçirilən GLOBSEC beynəlxalq təhlükəsizlik forumunda Xorvatiyanın DOK-ING şirkəti MV-4 robotlaşdırılmış minatəmizləmə sistemini Ukrayna hakimiyyət orqanlarına təhvil verib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə N1 telekanalı ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Sistemin təhvil verilməsi zamanı Xorvatiyanın baş nazirinin müavini və müdafiə naziri İvan Anusiç milli təhlükəsizliyin möhkəmləndirilməsində innovativ texnologiyaların və yerli istehsalın əsas rolunu qeyd edib. Onun sözlərinə görə, Zaqreb Kiyevlə ikitərəfli və beynəlxalq səviyyədə minalardan təmizləmə məsələləri üzərində işləyir.

“Beynəlxalq səviyyədə biz Litvanın təşəbbüsü ilə Ukraynada minatəmizləmə koalisiyasının bir hissəsiyik və bu koalisiyanın nəzərəçarpacaq nəticələr verəcəyinə inanmaq üçün hər cür əsasımız var”, – RİA Novosti ondan sitat gətirir.