Yağmurlu hava şəraiti ilə bağlı ƏHALİYƏ XƏBƏRDARLIQ edildibackend

Yağmurlu hava şəraiti ilə bağlı ƏHALİYƏ XƏBƏRDARLIQ edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda və Abşeron yarımadasında oktyabrın 3-də axşamdan 7-dək fasilələrlə yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Oktyabrın 6-da şimal-şərq küləyi arabir 15-18 m/s-dək güclənəcək.

Azərbaycanın rayonlarında oktyabrın 7-dək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv, şimal və şərq rayonlarında isə güclü olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Şərq küləyi ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.