Noyabrın 21-də Yasamalda baş verən güclü yanğın zamanı həlak olanlardan biri də Samir Kamal oğlu Məhəmmədovdur.
NOCOMMENT.az xəbər verir ki, hazırda onun ailəsi də reanimasiyadadır.
Belə ki, onun övladları – 2021-ci il təvəllüdlü Məhəmməd Mikayıl Samir oğlunun və Məhəmməd Daniel Samir oğlunun müalicələri Toksikologiya şöbəsində davam etdirilir.
Qeyd edək ki, S. Məhəmmədov “Kapital Bank”da layihə meneceri olaraq çalışıb.
Yanğın zamanı həmin binada yaşayan jurnalist Heydər Mirzə ailənin fotosunu sosial şəbəkədə paylaşıb.
Qeyd edək ki, Samir Məmmədov komendant olmaqla yanaşı, yanğın baş verən binada yaşayıb.













